İpoteka müqavilələrinin sayı 47%-dək artıb

Daşınmaz əmlak 19 aprel 2022, 18:00
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 57 813 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% artıb.

Cari ilin ilk rübündə qeydiyyata alınan ipoteka müqavilələrinin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 48,6% artaraq 15 047 təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top