Azərbaycanlılar Türkiyədə daha çox mənzil alıb

Daşınmaz əmlak 18 may 2022, 12:01

2022-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 453 mənzil alıblar.

Karvannews Türkiyə Statistika Xidmətinə istinadən xəbər verir ki, azərbaycanlılar yanvarda 89, fevralda 93, martda 115, apreldə 156 mənzil alıblar.

Xatırladaq ki, azərbaycanlılar 2021-ci ilin yanvar-aprel aylarında Türkiyədə 382, o cümlədən yanvarında 68, fevralında 77, martda 106, apreldə 131 mənzil almışdılar.

Azərbaycanlılar Türkiyədə 2020-ci ildə 1279, 2021-ci ildə isə 1517 mənzilə mənzilə sahib olublar.

Azərbaycanlılar Türkiyədə ev alan xaricilər arasında 5-ci yerdədir.

Xaricilərə mənzil satışı aprel ayında ötən ilin eyni ayı ilə müqayisədə 58,1% artaraq 6 min 447 olub. Aprel ayında xaricilərə ev satışının ümumi ev satışlarında xüsusi çəkisi 4,8 faiz olub. İstanbul əcnəbilərə ev satışında 2 min 564 satış ilə birinci yeri tutub. 

Aprel ayında Rusiya Federasiyası vətəndaşları Türkiyədən 1152 mənzil alıblar. Rusiya Federasiyası vətəndaşlarının ardınca 905 alış ilə İran və 714 alış ilə İraq vətəndaşları gəlir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top