Bu ilin yanvar-mart ayları ərzində 73 346 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu, ötən ilin ilk rübü ilə müqayisədə 8,2% çoxdur. Rüblük göstəricinin 17 979-u (24,5 %-i) ilkin, 55 367-si (75,5%-i) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 10 837-si fərdi yaşayış və bağ evi, 19 253-ü mənzil, 40 572-si torpaq sahəsi, 832-si qeyri-yaşayış binası, 1649-u qeyri-yaşayış sahəsi, 190-ı əmlak kompleksi, 13-ü isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 19 776-sı Bakı şəhərində, qalanları isə bölgələrdə yerləşir.