İşsizlikdən Sığorta Fondu 27,1 milyon manat qənaət edib

Sığorta şirkətləri 11 may 2022, 14:31

İşsizlikdən Sığorta Fondu 2021-ci ildə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 147 milyon manat səviyyəsində olub.

Karvannews xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında əksini tapıb.

Bu, 2021-ci ilin təsdiq olunmuş müvafiq göstəricisindən 27 milyon manat və ya 22,5 faiz çoxdur.

İşsizlikdən Sığorta Fondunun (İSF) 2021-ci il üçün ümumi gəlirlərinin icrası isə 196,8 milyon manat təşkil edib. Bu da 2021-ci ilin təsdiq olunmuş müvafiq göstəricisindən 39 milyon manat və ya 24,8 faiz çoxdur. İSF-nin 2021-ci il üzrə xərclərin icrası 130,7 milyon manat təşkil edib ki, bu da 2021- ci ilin təsdiq olunmuş müvafiq göstəricisindən 27,1 milyon və ya 17,2 faiz azdır (qənaət əldə olunub). 2021-ci ildə İSF-nin vəsaitlərindən işsizliyə görə sığorta ödənişinə 5,2 milyon manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 5,2 milyon manat, haqqı ödənilən ictimai işlərin təşkilinə 1,9 milyon manat, özünüməşğulluq fəaliyyətinin təşkilinə 63,9 milyon manat, peşə standart və kvalifikasiyalarının hazırlanmasına 1,6 milyon manat, məşğulluq orqanlarının saxlanılmasına 33,9 milyon manat, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) saxlanılmasına 15 milyon manat, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın təşkilinə 2,6 milyon manat yönəldilib.

2021-ci ildən etibarən İSF-nin büdcəsinin daha səmərəli xərclənilməsi məqsədilə ekonometrik proqnozlaşdırma modeli hazırlanıb və büdcənin, eləcə də satınalmaların aylıq əsasda icrasına nəzarət mexanizmi qurulub.

DİGƏR XƏBƏRLƏR

Loading
Top