"Naxçıvan Sığorta"ya müddətsiz lisenziya verilib

Sığorta şirkətləri 17 may 2022, 13:01

Azərbaycan Mərkəzi Bankı “Naxçıvansığorta” ASC-yə sığorta fəaliyyətini həyata keçirməyə icazə verən SF-0004 nömrəli müddətsiz lisenziya verib.

Məlumata görə, bununla bağlı qərar mayın 13-də, "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub.

Xatırladaq ki, "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun nizamnamə kapitalı 6,416 milyon manatdır. Şirkətin səhmdarı 100% "Naxçıvan Bank" ASC-dir.

Azərbaycanda 28 sığorta agentinin lisenziyasının qüvvəsi bərpa edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) 28 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasının qüvvəsini bərpa edib.

Məlumata görə, bununla bağlı qərar mayın 11-də, "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta agentlərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.

DİGƏR XƏBƏRLƏR

Loading
Top