Bu sığorta şirkətinin mənfəəti azalıb

Sığorta şirkətləri 23 may 2022, 13:30

"İpək Yolu Sığorta" 2022-ci ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.

Karvannews şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, “İpək Yolu Sığorta” bu ilin ilk üç ayını 234 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,7% azdır. Yanvar-mart aylarında “İpək Yolu Sığorta”nın gəlirləri 5,461 milyon manat (illik müqayisədə 16,6% az), xərcləri 5,168 milyon manat (17,1% az), mənfəət vergisi ödəmələri isə 58,5 min manat (7,1% az) təşkil edib.

Bu il aprelin 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 280,779 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,6% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 67,9% artaraq 11,976 milyon manata yüksəlib, balans kapitalı isə 3,8% azalaraq 16,101 milyon manata enib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top