Ferrarinin yeni modelinin görüntüləri yayılıb

Maşınqayırma 04 aprel 2021, 12:01

Bu günə qədər casuslar Ferrari markasının ilk krossoveri olacaq Purosangue modelini tam yaxalaya bilməyiblər.

Yeni modelin kamuflyaja bürünmüş prototipləri ümumi istifadə yollarında və şimaldakı sınaqlar zamanı çəkilsə də, avtomobili yaxından çəkmək heç kimə qismət olmalışdı. Lakin, necə deyərlər, hər şeyin bir sonu var.

Bu günlərdə casuslar Purosangue modelinin prototiini yaxalayaraq, bolluca şəkil çəkməyə müvəffəq olublar. Casus şəkillərini əldə edən Autoexpress nəşrinin dizaynerləri yeni krossoverin renderlərini hazırlayıblar. Renderlərdən göründüyü kimi, krossover italyan markasının superkarlarının üslubunda görünüşə malik olacaq və krossoverdən daha çox hündür klirensli liftbekə bənzəyəcəkdir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top