Yeni Honda modelinin təqdimatı olacaq

Maşınqayırma 15 aprel 2021, 17:19

Yeni on birinci nəsil Civic modelinin debütünə sayılı günlər qalır: seriya avtomobilinin təqdimatı 28 aprel tarixində keçirilməlidir.

Honda yeni modelə olan marağını artırmaq məqsədi ilə sedanının yeganə şəklini dərc edib. Ümumiyyətlə, Civic sedanının sseriya variantı keçən ilin noyabr ayında göstərilən prototipi təkrarlayır, lakin radiator barmaqlığının üstündəki “dimdiyin” forması bir qədər dəyişdirilib, ön bamperin yan hissələrində isə duman işıqları quraşdırılıb.

Avtomobilin interyeri və texniki hissəsi barədə məlumat iki həftədən sonra veriləcəkdir. Artıq avtomobilin inşa edildiyi platformanın əvvəlki olacağı məlumdur. Yeniliklər arasında genişlənmiş təkər izi və yeni təhlükəsizlik sistemləri var. Əsas məqam ondadır ki, Honda Civic modelinin buraxılacağı coğrafiya dəyişdiriləcəkdir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top