SOCAR Rusiya zavodundakı səhmlərindən imtina etdi

Maşınqayırma 23 aprel 2021, 17:21

Azərbaycan Dövlət Neft Şirkəti Rusiyadakı Antipinsk Neftayırma Zavodundakı səhmlərindən imtina edib.

“Kommersant” xəbər verir ki, qərar zavodun əsas kreditoru “Sberbank” tərəfindən elan edilib.

Açıqlamada zavoda investisiyaların SOCAR-ın strategiyasına uyğun gəlmədiyi qeyd olunub. Eyni zamanda, ARDNŞ-nin qarşılıqlı faydalı ticari razılaşmalar əldə olunmaq şərtilə hərrac başa çatdıqdan sonra müəssisənin əməliyyat idarəçiliyində yardım göstərməyə hazır olduğu, SOCAR-ın zavoddakı payının 9,6 faiz olduğu bildirilib.

Səhmlərin kim tərəfindən alındığı dəqiq açıqlanmasa da, onun “Lukoil”in İsveçrə üzrə treyderi “Litasco” şirkətinin direktorlar şurasının rəhbəri, “Lukoil”in keçmiş vitse-prezidenti Valeriy Subbotin olduğu ehtimal olunur.

“Fitch” reytinq agentliyinin təbii sərvətlər və xammallar üzrə qrupunun direktoru, iqtisadçı analitik Dmitri Marinçenkonun sözlərinə görə, SOCAR-ın kapitalı əsasən Azərbaycanda və qismən Türkiyədə cəmləşib.

Şirkətin Rusiyada böyük təcrübəsi yoxdur və Rusiyanın neft emalı sektorunun cəlbediciliyi suallar doğurur.

Şirkətin iki il əvvəl böyük neftayırma zavodu açdığı Türkiyədə neftayırma sektorundakı gəlirliliyinin daha yaxşı olduğu bildirilir.

Analitik, eyni zamanda SOCAR-ın müqavilədən çıxmasının siyasi səbəblərinin olduğunu da istisna etmir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top