Botlarla yayılan yeni "WhatsApp Pink" virusu aşkarlanıb

İT texnologiyası 28 aprel 2021, 13:22
İnternet şəbəkəsində botlar vasitəsilə link şəklində yayılan yeni "WhatsApp Pink" virusu aşkarlanıb.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, messencerin istifadəçilərinə şəxsi profilin rəngini dəyişmək üçün zərərverici əlavə olunan link göndərilir.

Zərərverici proqram həm istifadəçinin şəxsi məlumatlarını, həm də "WhatsApp" hesabını oğurlaya bilər.

Mərkəz, vətəndaşları diqqətli olmağa çağırır və bu kimi şübhəli məzmunlu keçidlərə keçməməyi tövsiyə edir.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top