BMW yeni modelini hazırlayır

Maşınqayırma 28 aprel 2021, 16:40

BMW şirkəti gələn il məşhur M-modellərini istehsal edən M GmbH bölməsinin 50 illik yubileyini qeyd edəcəkdir.

Bavariyalı istehsalçı bu əlamətdar tarixi layiqincə bayram etmək üçün, marka pərəstişkarına ünvanlanmış bir neçə yubiley avtomobilini hazırlayır. Bu barədə məlumatı Britaniyanın “Car” jurnalı əldə edib.

Böyük ehtimalla, yubiley avtomobillərindən biri BMW M2 kupesinin bazasında hazırlanan və dörd elektrik mühərriki ilə hərəkətə gələn prototip olacaqdır. Güc qurğusunun ümumi hasilatı 1000 kilovat, yəni 1360 at qüvvəsi olan kupenin iM2 adlandırılacağı güman edilir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top