TikTok-un sahibi Honq Konq birjasında satıla bilər

İT texnologiyası 09 avqust 2021, 14:03

TikTok sosial şəbəkəsinə sahib olan Çinin ByteDance şirkəti, bu ilin sonunda və ya gələn ilin əvvəlində səhmlərini Honq Konq birjasına çıxarmağı (IPO - səhmlərin ilkin kütləvi yerləşdirilməsi) planlaşdırır.

Bu barədə bazar günü İngiltərənin "Financial Times" qəzeti üç mənbəyə istinadən məlumat yayıb.

"ByteDance -dan sentyabr ayına qədər son tövsiyələri gözləyirik. Hal-hazırda bütün lazımi sənədləri Çin rəsmilərinə təqdim edirlər və [IPO -dan əvvəl] yoxlama prosedurundan keçirlər”, - qəzetin həmsöhbətlərindən biri deyib. 

Onun sözlərinə görə, Çin səlahiyyətlilərinin tələbinə uyğun olaraq, ByteDance şirkəti müştəriləri haqqında məlumatları necə saxladığı və onların şəxsi məlumatlarının təhlükəsizliyini təmin etdiyi barədə ətraflı məlumat verməlidir.

Keçən il şirkət TikTok səhmlərini Nyu York birjasına çıxarmaq niyyətində olduğunu bildirmişdi. Bunun üçün, o vaxt ABŞ prezidenti olan Donald Tramp administrasiyasının tələbilə, ByteDance şirkəti sosial şəbəkənin Amerika seqmentini ABŞ-ın Oracle (Oracle) və Walmart (Walmart) şirkətlərinə satmalı idi. Lakin bu plan reallaşmadı və bu ilin iyun ayında Trampı əvəz edən Prezident Co Bayden, qoyulan məhdudiyyətlərin ləğv edilməsi haqqında fərman imzaladı. Əvvəlki ABŞ administrasiyasının TikTok ilə bağlı narahatlıqları istifadəçi məlumatlarını Çin səlahiyyətlilərinə ötürdüyü iddiaları ilə əlaqəli idi./marja/

DİGƏR XƏBƏRLƏR

Loading
Top