Daşınmaz əmlakın tikintisinə və alınmasına götürülən kreditlərin həcmində yeni rekord qeydə alınıb

Daşınmaz əmlak 06 avqust 2021, 14:02

2021-ci ilin iyulun 1-nə Azərbaycanda daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) kredit qoyuluşlarının həcmi 2,266 mlrd. manat təşkil edib.

Karvannews.com Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bu göstərici indiyə qədər qeydə alınmış ən yüksək göstəricidir. Son bir ayda sözügedən kreditlərin 2,6%, son bir ildə isə 15,2% artıb. Daşınmaz əmlakın tikintisinə və alınmasına yönlənən kredit qoyuluşları ümumi ölkə üzrə kredit qoyuluşlarının 14,9%-ni təşkil edib.

Qeyd edək ki, 2021-ci ilin avqustun 3-nə verimiş ipoteka kreditlərinin məbləği 1 872 135 736 manat təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top