Azərbaycanlılar 7 ayda bu ölkədə 720 mənzil alıb

Daşınmaz əmlak 13 avqust 2021, 15:44

2021-ci ilin yanvar-iyul aylarında (7 ay ərzində) azərbaycanlılar Türkiyədə 720 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 546 mənzil almışdılar.

Karvannews.com Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Aprel ayında 131 mənzil, May ayında 47 mənzil, İyun ayında 164, İyul ayında isə 127 mənzil alıblar. Ötən ilin eyni aylarında say müvafiq olaraq 99, 90, 95,35, 42, 70 və 115 mənzil olmuşdu.

Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 9-cu yerdədir. 

Azərbaycanlılar Türkiyədə 2016-da 610 mənzil, 2017-ci ildə 942 mənzil, 2018-ci ildə 1250 mənzil, 2019-cu ildə 1191 mənzil, 2020-ci ildə 1279 mənzil alıblar. 

Türkiyə Statistika Komitəsinin məlumatına görə, Türkiyə daxilində mənzil satışları İyul ayında ötən ilin eyni ayı ilə müqayisədə 53% azalaraq 107 min 785 olub. Aşağı faizlər və yumşaq kredit şərtlərilə mənzil satışları keçən ilin İyul ayında iki dəfə artmışdı və 229 min 357 olaraq reallaşmışdı. Bu il yaşanan böyük azalmanın səbəbi də keçən ilki yüksək səviyyədən qaynaqlanır.

DİGƏR XƏBƏRLƏR

Loading
Top