Teleqram feysbukda nasazlıq zamanı 70 milyon yeni istifadəçi qazanıb

İT texnologiyası 06 oktyabr 2021, 17:45

Feysbukda irimiqyaslı nasazlıq fonunda teleqram sosial şəbəkəsində bir gün ərzində 70 milyondan çox yeni istifadəçi qeydiyyatdan keçib.

“RİA Novosti” xəbər verir ki, bu barədə teleqramın yaradıcısı Pavel Durov bildirib.

Durovun sözlərinə görə, teleqramda günlük istifadəçi artımı nisbəti orta standartı keçib və sosial platforma bir gündə digər platformalardan 70 milyondan çox istifadəçini qəbul edib.

Qeyd edək ki, iki gün əvvəl feysbuk, instaqram, vatsap, eləcə də dünyanın bir sıra sosial şəbəkə platformaları və servislərində də problemlər yaranıb. Yeddi saata qədər davam edən nasazlıq vaxtı sosial şəbəkə istifadəçilərinin əksəriyyəti teleqrama üz tutub.

70 milyondan çox yeni istifadəçinin girişinə baxmayaraq, sosial şəbəkənin işində fasilə yaranmayıb.

DİGƏR XƏBƏRLƏR

Loading
Top