Eyni adlı sosial şəbəkədən başqa "Instagram", "WhatsApp" və "Oculus"un sahibi olan "Facebook" şirkəti adını dəyişməyi planlaşdırır.
Bu barədə "The Verge" mənbəyə istinadən yazır.
Qeyd olunur ki, "Facebook"un baş direktoru Mark Zukerberq oktyabrın 28-də keçiriləcək konfransda şirkətin yeni adı ilə bağlı ətraflı məlumat verəcək, lakin yeni adın özü daha əvvəl təqdim oluna bilər.
Bildirilir ki, şirkətin yeni adı hətta "Facebook" rəhbərliyindən də gizli saxlanılır.
Rebrendinqdən sonra şirkətin yeni adı "Facebook"un avqustda təqdim etdiyi "Horizon" məhsulu ilə bağlı olacağı ehtimal edilir. Bu, video-konfrans vasitəsilə və ya "Oculus VR" virtual şlemindən istifadə edərək qoşula biləcəyiniz virtual ofislər şəbəkəsidir.
Xatırladaq ki, "Facebook" sosial şəbəkəsi 2004-cü ilin fevralında 19 yaşlı amerikalı tələbə Mark Zukerberq tərəfindən yaradılıb.