Apple-ı keçən Microsoft dünyanın ən dəyərli şirkəti oldu

İT texnologiyası 01 noyabr 2021, 12:01

ABŞ-ın texnologiya nəhəngi Apple, dünyanın ən qəyərli (qiymətli) şirkəti adını itirərək ikinci yerə geriləyib. ABŞ-ın bir başqa texnologiya nəhəngi Microsoft, "taxtın" yeni sahibi olub.

Karvannews.com xəbər verir ki, iPhone telefonlarının istehsalçısı Apple-ın bazar dəyəri dünən 1,8% azalaraq 2 trilyon 476 milyard dollara geriləyib.

Microsoft-un bazar dəyəri isə dünən 2,2% artımla 2 trilyon 490 milyard dollara qalxıb.

Microsoft-un səhmi 2021-ci ilin əvvəlindən bu yana 49% bahalaşıb. Xüsusilə şirkətin bulud informasiya xidmətlərindən gəliri pamdemiyada sürətli artıb. Apple-ın səhmi isə bu dövrdə 13% bahalaşıb.

Apple-ın bazar dəyəri 2010-cu ildə Microsoft-u keçmişdi.

DİGƏR XƏBƏRLƏR

Loading
Top