“Whatsapp” bu gündən bəzi telefonlarda fəaliyyətini dayandırıb

İT texnologiyası 01 noyabr 2021, 09:13

“Whatsapp” noyabrın 1-dən öz tətbiqini köhnə smartfonlarda – 4.1 android və 10 iOS-dan aşağı versiyalarda dəstəkləməyəcək.

“Whatsapp” iş qaydalarında dəyişiklikləri oktyabrda öz saytında elan edib.

Məlumata görə, noyabrın 1-dən proqram 4.1-dən aşağı olmayan android smartfonlarında və iOS 10-dan başlayan “iPhone”larda əməliyyat sistemləri ilə işləyəcək.”Whatsapp” köhnə cihazlarda rəsmi olaraq proqram təminatını dəstəkləməkdən imtina edib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top