“Facebook”un işində bəzi dəyişikliklər olacaq

İT texnologiyası 10 noyabr 2021, 17:31

“Facebook” və “İnstagram” istifadəçiləri bəzi mövzularda sərbəst paylaşım edə biləcək.

Karvannews.com-un xəbərinə görə, “Meta” şirkəti yayım siyasətində dəyişiklik edir.

Artıq bəzi həssas mövzularda paylaşım edən istifadəçilərin hesabı bloklanmayacaq. Söhbət əsasən, dini, irqi mövzular və xəstəliklərlə bağlıdır. Bu mövzularda status paylaşanlar dəfələrlə problemlərlə üzləşdiyi üçün “Meta” şirkəti yayım siyasətini dəyişir. Yeni qaydalar gələn ildən tətbiq ediləcək.

DİGƏR XƏBƏRLƏR

Loading
Top