Güzəştli ipoteka kreditləri üçün ayrılan vəsait açıqlandı

Daşınmaz əmlak 17 yanvar 2022, 13:01

Bu il güzəştli ipoteka kreditləri üçün daha çox vəsait ayrılacaq.

Belə ki, vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələri üçün İpoteka və Kredit Zəmanət Fonduna ayrılan vəsait ötən il 80 milyon manat təşkil edirdisə, bu il bu rəqəm 20 faizə qədər artırılıb. İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, Fond ötən illə müqayisədə bu il güzəştli kreditlər üçün daha çox vəsait ayıra biləcək.

Ekspertin sözlərinə görə, dövlət büdcəsindən Fonda ayrılan vəsaitin artırılması ipoteka kreditlərinin həcminə də təsirsiz ötüşməyəcək.

Fonddan “Xəzər Xəbər”ə verilən məlumata görə, 2022-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb. Bildirilib ki, limitlərin aktivləşdirilməsi yanvarın 17-si saat 11:00-da başlayacaq. Qeyd edək ki, fondun xətti ilə indiyədək 36 min 817 ipoteka krediti verilib. Bu kreditlər üzrə məbləğ isə 2 milyard 168 milyon 99 min manatdır.

DİGƏR XƏBƏRLƏR

Loading
Top