Lerikdə təlimlərə start verilib

Elm və təhsil 21 fevral 2022, 10:45
Yerli Təşəbbüslər üçün Kanada Fondu proqramı çərçivəsində Kanadanın Türkiyədəki səfirliyinin maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının və Gənclərin İnkişaf təşkilatçılığı və Karyera Mərkəzinin regional tərəfdaşlığı ilə “Azərbaycanın sosial-iqtisadi cəhətdən əlverişsiz bölgələrində yaşayan qadın və qızların məşğulluq imkanlarının artırılması” layihəsi çərçivəsində Lerik rayonunda təlimlərə start verilib.

Karvannews.com xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanın regionlarında imkanlara çıxışı olmayan gənc qadınların, qızların və oğlanların öz iqtisadi hüquqları haqqında maarifləndirilməsi və sosial sahibkarlığa cəlb olunaraq məşğulluqlarının artırılmasıdır.​ Ümumilikdə 3 fazaya bölünən layihənin ilk fazası iştirakçıların cari imkanlar haqqında maarifləndirmə sessiyalarını əhatə edib. İkinci faza sosial sahibkarlıq təlimlərini, üçüncü faza isə mentorluq fəaliyyətlərini əhatə edəcək. ​​ Lerik rayonunda 4 gün davam edəcək təlimlərin ilk günü sosial sahibkarlığın əhəmiyyəti, bu sahənin ölkəmizdə inkişafı, təşviqi istiqamətində görülən işlər, dövlət tərəfindən yaradılan imkanlar barədə iştirakçılar arasında fikir mübadiləsi aparılıb, sosial baxımdan həssas qruplar üçün layiqli məşğulluq və gəlir imkanlarının formalaşdırılmasının, onların cəmiyyətə hərtərəfli inteqrasiyasının, sosial sahibkarlığın təşviqinin ölkəmizdə prioritet istiqamətlərdən olduğu qeyd edilib.

Daha sonra Sara Rəcəbli tərəfindən sosial sahibkarlıq konsepsiyası, ideyanın yaranması, biznes planın hazırlanması, iş bölgüsü kimi mövzular üzrə təqdimat edilib.





DİGƏR XƏBƏRLƏR

Loading
Top