Bakıda Beynəlxalq Tibb Hüququ Konfransı keçiriləcək

Elm və təhsil 31 mart 2022, 09:01
1-2 iyun tarixlərində Bakıda Beynəlxalq Tibb Hüququ Konfransı keçiriləcək.

Karvannews.com xəbər verir ki, konfransda iştrak etmək üçün vəkillər, hüquqşünaslar, Tibbi təşkilatların rəhbərləri, fərqli ixtisaslar üzrə çalışan təcrübəçi həkimlər, Tibbi təşkilatların hüquq bölmələrinin rəhbər şəxsləri, Tibbi təşkilatların hüquq məsləhətçiləri, Səhiyyə üzrə idarəetmə orqanlarının təmsilçiləri, Tibbi sığorta şirkətlərinin ekspert və mütəxəssisləri, əczaçılıq təşkilatlarının əməkdaşları, Tibb sənayesinin təmsilçiləri, maraqlı olan digər mütəxəssislər, Səhiyyə sahəsində fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları dəvət edilir.

Konfransda "Həkim səhvləri - Hüquqi nəticələr - Müdaifə metodları", "Səhiyyə sferasında tibbi fəaliyyətinin keyfiyyət və təhlükəsizliyinin ekspert və hüquqi qiymətləndirilməsi", "Məhkəmə-tibbi ekspertiza praktikası", "Müasir məhkəmə təcrübəsinin kəskin sualları", "Həkim xətaları və cinayətləri, həll problemləri" və digər əlaqəli mövzular müzakirə ediləcək.

Beynəlxalq tibb hüququ konfransında iştirak etmək və qeydiyyatdan keçmək üçün:

[email protected]
Əlaqə:

051 271 99 60
050 789 64 99

DİGƏR XƏBƏRLƏR

Loading
Top