Peşə və orta ixtisas təhsili alan gənclərlə görüş keçirilib

Elm və təhsil 09 mart 2022, 15:34

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Göyçay-Ağdaş KOB İnkişaf Mərkəzinin (KOBİM) təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin dəstəyi ilə peşə və orta ixtisas təhsili alan gənclərlə görüş keçirilib. 

Göyçayda təşkil olunmuş tədbirin məqsədi gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə təşviqi, özünüməşğulluğunun təmin olunmasına dəstək olmaq olub.  

Görüşdə gələcək fəaliyyətini sahibkarlıq sahəsində inkişaf etdirmək istəyən gənclərə sahibkarlıq fəaliyyəti, dövlət tərəfindən sahibkarlara göstərilən dəstək xidmətləri, özünüməşğulluq layihələri, eləcə də Göyçay-Ağdaş KOBİM-in fəaliyyəti barədə məlumat verilib. 

DİGƏR XƏBƏRLƏR

Loading
Top