Lerik gənclərinin diqqətinə!

Elm və təhsil 28 mart 2022, 12:52
Lerik gənclərinin təcrübə qazanmaları üçün daha bir imkan.

GİKM-in Lerik nümayəndəliyində yenidən "Gənc kadr" təcrübə proqramına start verilir! İş həyatında öz yerini tutmaq, gənclərlə iş sahəsində təcrübə qazanmaq istəyən gənclər, bu elan sənin üçündür!

14-29 yaşarası gənclər 4 istiqamət üzrə:

- İctimaiyyətlə əlaqələr və sosial media işinin təşkili;
- Tədbirlər və layihələr işinin təşkili;
- Təlim-tədris işinin təşkili;
- Könüllülərlə işin təşkili üzrə 3 aylıq proqrama müraciət edə bilərlər.

Marağın olan sahə üzrə təcrübə proqramına müraciət etməklə sən:

• Nümayəndəliklərdə çalışan mütəxəssislərimiz tərəfindən işin dərinliklərini öyrənəcək;
• Mütəmadi təlim proqramlarında və layihələrdə iştirak edəcək;
• Gənclərlə daim ünsiyyətdə olub, gənclərlə iş sahəsi üzrə təcrübə qazanacaqsan. 

Təcrübə proqramında iştirak üçün link: https://gikm.az/tecrube-proqramlari/

Son müraciət tarixi: 27 mart

Təcrübə proqramının sonunda imtahan təşkil ediləcək və proqramı uğurla tamamlayan gənclər sertifikatla təltif ediləcək.

DİGƏR XƏBƏRLƏR

Loading
Top