Azərbaycanlılar ötən ay bu ölkədə 89 mənzil alıb

Daşınmaz əmlak 24 fevral 2022, 13:41

Azərbaycan vətəndaşları 2022-ci ilin yanvar ayında Türkiyədə 89 mənzil alıb.

Karvannews.com Türkiyə Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31% artım deməkdir.

Ötən ilin yanvarında isə Azərbaycan vətəndaşları Türkiyədən 68 mənzil alıb.

Bu ilin yanvarında Türkiyədə ən çox mənzil alanlar İran vətəndaşları olub. Onlara ötən ay 761 mənzil satılıb.

Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 513 mənzil alıblar. İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə 479 mənzilə sahib olub.

DİGƏR XƏBƏRLƏR

Loading
Top