Bu ilin fevral ayında (1 fevral – 1 mart) Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə banklar 41,115 mln. manat həcmində 533 ipoteka krediti verib.
Verilən kreditlərin həcmi ötən ilin fevral ayı ilə müqayisədə 3,8% artıb, sayı isə 4,1% azalıb. Bu ilin yanvar ayı (6 yanvar – 1 fevral) ilə müqayisədə isə ipoteka kreditlərinin həcmi 2,9 dəfə, sayı isə 2,6 dəfə artıb.
Sahibkarlara İKZF-nin zəmanəti ilə verilmiş kreditlərin ümumi məbləği ötən ay 10,150 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 30,3% azdır. Ötən ilin fevral ayında isə sözügedən kreditlərdən verilməyib.
Hesabat ayında kirayəçilərin istifadəsinə verilən yaşayış sahələrinin sayı isə 66 olub ki, bu, illik müqayisədə 35,3% az olsa da, yanvar ayı ilə müqayisədə 26,9% çoxdur.
Qeyd edək ki, idiyədək (2006-cı ildən) ipoteka kreditləşməsi mexanizmi çərçivəsində 2,052 mlrd. manat həcmində 37 502 ipoteka verilib.
Xatırladaq ki, təkcə 2021-ci il ərzində İKZF xətti ilə banklar 354,402 mln. manat həcmində 5 270 ipoteka krediti verib. Verilən kreditlərin həcmi 2020-ci illə müqayisədə 41,5%, sayı isə 46,3% artıb./apa/