Türkiyədə mənzil qiymətləri kəskin artıb

Daşınmaz əmlak 17 mart 2022, 17:21

Türkiyədə mənzil qiymətləri 2022-ci ilin yanvar ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 77,4 faiz artıb.

Karvannews.com xəbər verir ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının açıqladığı mənzil qiymətləri indeksinə görə, dekabr ayı ilə müqayisədə yanvar ayında mənzil qiymətləri 13,1 artıb.

TCMB məlumatlarına görə, yanvarda yeni evlərin qiyməti 84,7 faiz, ikinci əl evlərin qiymətləri 75,9 faiz artıb.

Türkiyədə mənzilin kvadrat metrinin orta qiyməti 7 min 479 TL-yə yüksəlib.

İstanbulda sürətli artım

Yanvar ayında qiymətlərin ən sürətlə artdığı şəhər İstanbul olub. İstanbulda mənzil qiymətləri yanvar ayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə 83,5% artıb. İstanbulda yeni evlərin qiymətləri illik 94,8%, ikinci əl evlərin qiymətləri 83,5% artıb. Yanvar ayında İstanbulda kvadrat metrin orta qiyməti 11 min 783 TL-yə yüksəlib.

Eyni dövrdə mənzil qiymətləri Ankarada illik 73,5%, İzmirdə isə 73,1% artıb.

Kvadrat metrin qiyməti Ankarada 5 min 256 TL ikən, İzmirdə 9 min TL-ni keçib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top