Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 30 mart həyata keçirdiyi mənzil satışı ilə bağlı statistik məlumatları açıqlayıb.
Karvannews.com xəbər verir ki, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 442 mənzil ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satılıb.
Satışı prosesinə saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.
Seçilmiş mənzillər barədə statistik məlumatlarla bu linkdən - https://mida.gov.az/az/statistics/statistics_34 tanış olmaq olar.