"Azərsığorta"nın maliyyə vəziyyəti açıqlanıb

Sığorta şirkətləri 15 aprel 2022, 09:15

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) 2021-ci ili üzrə maliyyə heabatlarını dərc edib.

Karvannews.com xəbər verir ki, sığorta ehtiyatlarına 27 milyon 354 min manat ayırma ilə əlaqədar olaraq Azərsığorta" ötən ili 14 milyon 295 min manat xalis zərər ilə başa vurub. Şirkət 2020-ci ili 1 milyon 919 min manat xalis mənfəət ilə bağlamışdı.

Ötən il "Azərsığorta"nın cəmi əməliyyat gəlirləri 59 milyon 120 min manat, cəmi əməliyyat xərcləri 73 milyon 414 min manat təşkil edib. 2021-ci ildə Şirkət 85 milyon 952 min manatlıq əsas əməliyyat gəlirindən 27 milyon 354 min manat sığorta ehtiyatlarına ayırdığı üçün əməliyyat gəlirləri azalmış və xərcləri ödəməyə kifayət etməmişdir.

2021-ci ildə "Azərsığorta"nın hesabladığı sığorta haqları 54 milyon 93 min manat, sığorta ödənişləri isə 59 milyon 730 min manat olub.

DİGƏR XƏBƏRLƏR

Loading
Top