Sosial sığorta daxilolmaları 152 milyon manat və ya 17 faiz artıb

Sığorta şirkətləri 19 aprel 2022, 15:30
Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilir ki, sosial-iqtisadi islahatların müsbət nəticələri əhalinin sosial sığorta sistemində iştirakının genişlənməsi ilə yanaşı, sosial  sığorta daxilolmalarının davamlı artımına da şərait yaradıb.

Dövlət Sosial Müdafiə Fonduna bu ilin ilk rübündə məcburi dövlət sosial sosialsığorta daxilolmaları 152 milyon manat və ya 17 faiz artaraq 1 milyard 46,7 milyon manat təşkil edib.

Artım büdcə təşkilatları üzrə 13,4 faiz və ya 45,7 milyon manat, qeyri-büdcə təşkilatları üzrə 19,2 faiz və ya 106,3 milyon manat olub.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top