Azərbaycanda könüllü sığorta bazarı 24%-dən çox artıb

Sığorta şirkətləri 25 aprel 2022, 14:20

2022-ci ilin birinci rübündə Azərbaycanda könüllü sığortalar üzrə yığımlar 24,6% artaraq 193,989 milyon manata çatıb.

Karvannews Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə bu sığorta növləri üzrə 155,648 milyon manat sığorta haqqı toplanılıb.

Hesabat dövründə 38,898 milyon manat sığorta ödənişi həyata keçirib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 62,7% dəfə azdır. 2021-ci ilin birinci rübündə icbari sığortalar üzrə ümumilikdə 104,330 milyon manat sığorta ödənişi verilib.

Könüllü sığortalar üzrə ödənişlərin kəskin azalması zərərlilik göstəricisini də azaldıb. Belə ki, bu ötən ilin yanvar-mart aylarında bu sığorta növləri üzrə toplanan hər 100 manatdan 67 manatı ödənişə yönəldilibsə, 2022-ci ilin birinci rübündə bu rəqəm 20,1 manata enib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top