Azərbaycanda icbari sığorta bazarı 31% kiçilib

Sığorta şirkətləri 25 aprel 2022, 15:01

2022-ci ilin birinci rübündə Azərbaycanda icbari sığortalar üzrə yığımlar 31% azalaraq 64,435 milyon manat təşkil edib.

Karvannews Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə bu sığorta növləri üzrə ümumilikdə 93,340 milyon manat sığorta haqqı toplanmışdı.

Hesabat dövründə 22,329 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 45,6% dəfə azdır. 2021-ci ilin birinci rübündə icbari sığortalar üzrə 41,014 milyon manat sığorta ödənişi verilib.

İcbari sığortalar üzrə yığımların kəskin azalması zərərlilik göstəricisini də azaldıb. Belə ki, ötən ilin yanvar-mart aylarında bu sığorta növləri üzrə toplanan hər 100 manatdan 43,9 manatı ödənişə yönəldilibsə, 2022-ci ilin birinci rübündə bu rəqəm 34,7 manat təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top