Gəlir vergisindən azadolmalar və güzəştlərin sayı artırılır

Hüquq və qanunvericilik 27 aprel 2022, 11:01

Gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı genişləndirilir.

Karvannews xəbər verir ki, bu, Milli Məclisin dünən keçirilən iclasında birinci oxunuşda müzakirə edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, fiziki şəxslərin kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə əldə etdikləri dividentlər və faiz gəlirləri 2023-cü il fevralın 1-dən etibarən 5 müddətinə gəlir vergisindən azad ediləcək.

Eyni zamanda layihəyə görə hüquqi şəxslərin faiz gəlirlərinə görə vahid vergitutma mexanizmi tətbiq ediləcək.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top