2022-ci ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə 5 mlrd. 35,4 mln. manat vergi daxil olub, proqnoza 150,5% əməl edilib.
DVX-dən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 55,2% və ya 1 mlrd. 791,5 mln. manat artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 3 mlrd. 430,2 mln. manat olub, proqnoza 133,5% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 860,6 mln. manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 49,7% və ya 1 mlrd. 139,5 mln. manat artıb.
Regionlar üzrə daxilolmalar 391,0 mln. manat olmaqla, proqnoz 112,9% icra edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu mənbədən daxilolmalar 23,8% artıb.
Ödənilən vergilərin 68,1%-i qeyri-neft-qaz sektorunun, 31,9%-i isə neft-qaz sektorunun payına düşüb.