Dövlət şirkəti sığorta xidmətləri satın alır

Sığorta şirkətləri 27 aprel 2022, 11:19
Dövlətə məxsus "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Binaların “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növü üzrə sığortalanması xidmətlərinin (AM086/2022) satın alınması məqsədilə müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco. az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.
 
Müraciət üçün son müddət 4 may 2022-ci il saat 17.00-dəkdir. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Əlaqə telefonu- (012) 404-37-00, daxili-1132. Ünvan- Bakı, Mikayıl Useynov küçəsi 2.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top