Dövlət şirkətinin xalis mənfəəti artıb

Sığorta şirkətləri 04 may 2022, 16:21

Dövlətə məxsus "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC 2021-ci ili 51 milyon 792 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, QSC 2020-ci ili 45 milyon 43 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, dövlət şirkətinin xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 6 milyon 749 min manat və ya 15% artıb.

Karvannews xəbər verir ki, xalis mənfəətin artması gəlirlərin artmasına rağmən xərclərin azalmasından qaynaqlanır."Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin gəlirləri 2020-ci ildə 421 milyon 49 min manat ikən, 2021-ci ildə 459 miylon 133 min manata yükəlib (38 milyon 84 min manat artıb). Eyni zamanda, satışın maya dəyəri 46 milyon 510 min manat artıb. Qısası, satışın maya dəyərinin daha çox artması gəlirlərdəki artımı tamamilə silib və ümumi mənfəətin aşağı düşməsinə səbəb olub. Lakin inzibati, sosial və digər xərclərin azaldılması hesabına şirkətin xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə daha yüksək olub.

DİGƏR XƏBƏRLƏR

Loading
Top