Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 19,3% artıb

Sığorta şirkətləri 09 may 2022, 16:03

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 mlrd. 448,8 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3% və ya 234 mln. 348,9 min manat artıb.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, daxilolmalar üzrə proqnoz 136 mln. 693,4 min manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 20,6% artaraq 912 mln. manat təşkil edib, proqnoz 119,8% icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən illə müqayisədə 19,2% artaraq 49,2 mln. manat olub, proqnoz 114,4% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 19,8% artaraq 36,1 mln. manat təşkil edib, daxilolmalar üzrə proqnoz 124,3% icra olunub.

DİGƏR XƏBƏRLƏR

Loading
Top