“Unibank”da yığıncaq keçiriləcək

Banklar 25 may 2022, 16:32
28 iyun 2022-ci il tarixində “Unibank” Kommersiya Bankı” ASC səhmdarlarının yığıncağı keçiriləcək.
 
Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:
1. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin kənar auditor tərəfindən təsdiq edilmiş konsolidə əsasında hazırlanmış 2021-ci il üzrə maliyyə hesabatlarının təsdiqi.
2. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin investisiya qiymətli kağızlarının emitenti olaraq 2021-ci il üzrə illik hesabatının təsdiqi.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top