4 bankın depozit portfeli 1 milyard manatdan çoxdur

Banklar 24 may 2022, 16:01
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il aprelin 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.
Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (8 milyard 837 milyon 105 min manat), “PAŞA Bank” (5 milyard 668 milyon 622 min manat), “Kapital Bank” (5 milyard 476 milyon 77 min manat) və “Xalq Bank” (1 milyard 566 milyon 281 min manat) ASC-lərdir.
 
Qalan 22 bankdan 17-də depozit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 3 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır. 
19 bankın isə depozit portfeli artıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin bu il aprelin 1-nə depozit portfeli illik müqayisədə az olub.
Bunlar “Bank Respublika”, “Premium Bank”, “Günay Bank”, “Bank VTB Azərbaycan” və “Azərbaycan Sənaye Bankı” ASC-lər, Pakistan və İran Milli Banklarının Bakı filiallarıdır.
Ən çox azalma İran bankında (42,3%), ən az azalma isə “Bank Respublika”da (0,5%) qeydə alınıb.
Qalan 19 bankın isə depozit portfeli artıb. Ən yüksək dinamika “Yelo Bank” ASC-də (96,8%), ən aşağı dinamika isə “Yapı Kredi Bank Azərbaycan” QSC-də (6,4%) qeydə alınıb.  

© “Renkinq”
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top