Banklar ilin ilk dörd ayında 248 mln. manat xalis mənfəət əldə edib

Banklar 24 may 2022, 15:19

Azərbaycanda bankların 2022-ci ilin ilk 4 ayı üzrə xalis mənfəəti 248.1 milyon manat olub.

Karvannews bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin yanvar-aprel ayları üzrə icmal göstəricilərinə istinadən xəbər verir.

Hesabat dövründə kommersiya bankları 815.3 mln. manat faiz gəlirləri əldə etmiş, bunun da 674.3 mln. manatı müştərilərə verilən kreditlər üzrə faiz gəlirləridir. Bankların kredit faizlərindən gəlirləri ilik müqayisədə 28% artıb.

Bununla belə, banklar 192.9 mln. manatlıq faiz xərcləri (bunun 134.3 mln. manatı depozitlərin), 327.3 mln. manat qeyri-faiz, 546.9 mln. manatlıq qeyri-faiz xərcləri etmiş ki, əməliyyatları 389.6 mln. manat olub.

Bankların 84.4 mln. manatlıq mümkün zərərlər üzrə ehtiyata ayırmasından sonra mənfəətləri 305.2 mln. manata düşüb. Buradan da 57.1 mln. manat mənfəət vergisi xərcləri olub.

DİGƏR XƏBƏRLƏR

Loading
Top