Dünya Bankı ərzaq böhranının qarşısını almaq üçün 30 milyard dollar ayıracaq

Banklar 19 may 2022, 17:31

Dünya Bankı Rusiyanın Ukraynadakı müharibəsi ilə təhdid edilən ərzaq təhlükəsizliyi böhranının qarşısını almaq üçün 30 milyard ABŞ dolları ayıracaq. Rusiyanın Ukraynaya hücumu artıq regiondan əksər taxıl ixracının dayandırılmasına səbəb olub.

Bu barədə “Reuters” xəbər verir.

"Ərzaq qiymətlərinin qalxması ən yoxsul və ən həssas təbəqəyə dağıdıcı təsir göstərir", - Dünya Bankının prezidenti Devid Malpass deyib.

Bankdan bildirilib ki, yeni layihələr kənd təsərrüfatını, ərzaq qiymətlərinin yüksəlməsinin yoxsul təbəqəyə təsirini azaltmaq üçün sosial təhlükəsizlik şəbəkələrini, həmçinin su və suvarma layihələrini dəstəkləyəcək. Resursların böyük hissəsi Afrika və Yaxın Şərq, Şərqi Avropa və Mərkəzi Asiya, eləcə də Cənubi Asiyaya göndəriləcək.

Rusiya Qara dəniz limanlarından Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracını əngəllədiyi və daxili ixrac məhdudiyyətləri tətbiq etdiyi üçün bu regionlar daha çox ərzaq böhranı riski altındadır.

Avropa Yenidənqurma və İnkişaf Bankı həmçinin ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı ticarətinin maliyyələşdirilməsi üçün 500 milyon avro ayırmağı planlaşdırır. Ukraynanın 200 milyon avro alacağı, qonşu ölkələrin isə 300 milyon avronu bölüşəcəyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top