Bank kreditlər üzrə faiz dərəcəsini endirdi

Banklar 27 may 2021, 16:26
Bank VTB (Azərbaycan) Respublika gününə münasibətilə keçirdiyi aksiya çərçivəsində “Nağd kredit” və “Refinans” məhsulları üzrə faiz dərəcələrini kredit müddətindən asılı olmayaraq 16,9%-ə endirib.

Bankın yaydığı məlumata görə, əvvəl bu göstərici müddətdən asılı olaraq 18-23% təşkil edirdi. Kampaniya ərzində kredit komissiyasız təklif edilir.

“Nağd kredit” və “Refinans” məhsulları 60 ay müddətinə manatla verilir. Kreditin məbləği 300-20000 manat təşkil edir. “Refinans” krediti müxtəlif banklarda krediti olan müştərilər üçün nəzərdə tutulub. Onlar mövcud olan borcunu bir kreditdə birləşdirə və faiz dərəcəsini azalda bilərlər. Bu məhsulun üstünlüyü mövcud olan borcun yenidən maliyyələşməsi ilə yanaşı, əlavə nağd vəsaitin əldə edilməsidir.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top