Azərbaycanda nağd dollar alışı kəskin azalıb

Banklar 25 iyun 2021, 12:06

Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisi banklardan 836,279 mln. nağd ABŞ dolları alıb. Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azalıb.

Təkcə mayda əhali 80,064 mln. nağd dollar alıb, bu da aprel ayı ilə müqayisədə 38,4% azdır. Qeyd edək ki, sözügedən göstərici 2017-ci ilin aprel ayından (65,671 mln. manat) bəri qeydə alınan ən aşağı aylıq göstəricidir.

Bundan başqa, cari ilin yanvar-may aylarında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 560,350 mln. dollar təşkil edib, bu da illik ifadədə 22,8% çoxdur. Təkcə may ayında banklar əhalidən 99,009 mln. nağd dollar alıb, aylıq müqayisədə bu göstərici 24,2% azalıb, illik müqayisədə isə 39,1% artıb./apa/

DİGƏR XƏBƏRLƏR

Loading
Top