Azərbaycan UEFA reytinqində mövqeyini qaytarıb

İdman 15 iyul 2021, 11:09

“Neftçi” Çempionlar Liqasının I təsnifat mərhələsinin Tbilisi “Dinamo”su ilə cavab oyununda 2:1 hesabı ilə qalib gəlib.

Apasport.az saytının məlumatına görə, bu qələbə Azərbaycanın UEFA reytinqinə 0,250 xal gətirib.

Bununla da cari mövsümün qazancı 0,500-ə çatıb. Digər komandalarımız mübarizəyə başlamadığından bütün qazanc yalnız “Neftçi”nin payına düşür.

Bakıdakı qələbə UEFA reytinqindəki mövqeyimizə də müsbət təsir edib. Son 5 mövsümün nəticəsinə əsasən hesablanan əmsalımız 13,125-ə çatıb. Bu, birgünlük fasilədən sonra 28-ci pilləni qaytarmaq imkanı verib. Belə ki, Sloveniya xalını 13-ə çatdırmaqla bu pilləni ələ keçirmişdi.

Qeyd edək ki, 27-ci olan Qazaxıstanın 13,250 xalı var.

DİGƏR XƏBƏRLƏR

Loading
Top