Dünyaca məşhur futbolçu həmyerlimizi təltif etdi

İdman 20 sentyabr 2021, 10:32
Omanın paytaxtı Maskat şəhərində yaşayan azyaşlı futbolçu, həmyerlimiz Emin Əmirbəyli bu yaxınlarda dünyaca məşhur futbolçu Əli Əl Həbsi tərəfindən mükafatla təltif edilib.

Karvannews.com xəbər verir ki, bu mükafata Emin daxil olmaqla 200 idmançıdan yalnız 20 nəfəri layiq görülmüşdür. Valideynlərinin iş kontraktı ilə əlaqəli 2 yaşından Omanda yaşayan Emin 5 yaşından “Al Habsi Football Academy”də top qovur.

Həmyerlimiz son illərdə uğurlu performanslar göstərərək məşqçilərin diqqətini cəlb etmişdir. İngilis və ərəb dilində mükəmməl danışıb, yazıb, oxuyan Emin bu akademiyada ilk və yeganə azərbaycanlıdır. 

Emin Vətənini, bayrağını çox sevir. Kiçik həmyerlimizə daha böyük uğurlar arzulayırıq. Azərbaycanın bayrağını yüksək arenalarda dalğalandırması ümidilə.



DİGƏR XƏBƏRLƏR

Loading
Top