Azərbaycanı zirvələrə qaldıran çempion uşaqlar - Tanışlıq

İdman 30 avqust 2021, 10:33
Dadaşov Yasin Elgiz oğlu 2013-cü ildə Bakı şəhərində anadan olub. 2017-ci ildən BƏƏ-də yaşayır. 2018-ci ildən Jiu Jitso idman növü ilə məşğul olur. Dəfələrlə BƏƏ-də və Azərbaycanda beynəlxalq yarışlarda müxtəlif medallarla təltif olunub.

Yasin 27 Avqust 2021-ci ildə Abu Dhabidə keçirilən Jiu Jutso üzrə BƏƏ - Beynəlxalq Uşaq Çempionatında iştirak edib. 27 kq çəki dərəcəsində boz kəmərlə yarışa qatılan Yasin, ilk görüşdə Braziliya təmsilçisi Enzo Palmanı, daha sonra Suriyalı Kamal Sameanı və finalda Suriyalı Yassien Abu El Soudu məğlub edərək qızıl medal qazanıb. Azərbaycan bayrağı altında döyüşən Yasin, ölkəmizi layiqincə təmsil edərək bütün döyüşləri mübahisəsiz tam qələbə ilə qalib gəlmişdir.

***

Omar Abdulla Teymur oğlu 2010-cü ildə BƏƏ-də anadan olub. Omar 2016-cı ildən Jiu Jitso idman növü ilə məşğul olur. Boz kəmər sahibi Omar Abulla rəsmi federasiyanın saytında 12 qələbə və dəfələrlə müxətilf medallar qazanıb. Bundan başqa Omar Bakıda keçirilən AJP çempionatının qalibidir. 2019-cu ildə Abu Dabidə keçirilən dünya çempionatında Omar Abdulla finalda erməni təmsilçisini məğlub edərək qızıl medal qazanmışdır.



***


Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində keçirilən Ciu-citsu üzrə Dünya Çempionatında Azərbaycanı təmsil edən 11 yaşlı İbrahim Məmmədov 30 kq çəki kateqoriyasında bürünc medal qazanıb! Balaca idmançımız Birləşmiş Ərəb Əmirliklərində yaşamasına baxmayaraq, Azərbaycanı təmsil etməsindən və Vətənimizin bayrağını ucaltmaqdan böyük qürur hissi keçirdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top