“Qalatasaray” Gedson Fernandesi yenə icarəyə götürür

İdman 15 iyul 2021, 17:39

“Qalatasaray” “Benfika”nın yarımmüdafiəçisi Gedson Fernandesi yenidən icarəyə götürür.

Apasport.az saytının məlumatına görə, klublar arasında danışıqlar müsbət yekunlaşmaq üzrədir.

İlkin razılığa əsasən, “cim-bom” Portuqaliya millisinin üzvünü 2 milyon avro müqabilində daha bir il müddətinə icarəyə götürəcək. İstanbul nəhəngi həmçinin 22 yaşlı hücumameyilli oyunçunu gələn yay 8 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, “Qalatasaray” Gedson Fernandesi bu ilin əvvəlində 6 aylıq icarəyə götürmüşdü.

DİGƏR XƏBƏRLƏR

Loading
Top