Dubayda çempion olan azərbaycanlı idmançı

İdman 06 oktyabr 2021, 16:18
Qacar Mirzə 11 may 2006-cı ildə Bakı şəhərində anadan olub. O, uşaq olarkən idmana böyük maraq göstərib və kiçik yaşlarından üzgüçülük və güləşlə məşğul olub.

Yeddi yaşindan isə taekvondo idman növü ilə məşğul olmağa başlayıb. On yaşı olarkən valideynlərinin işi ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərinə köçür və ”Tiger kickboxing” klubuna daxil olur. Həmin klubda Muay Tay və Kikboksinqlə məşğul olmağa başlayır. Ciddi idman məşqləri balaca oğlanı güclü və məqsədyönlü idmançıya çevirir. O dəfələrlə Kikboksinq ve Muay Tay üzrə yarışlarda iştirak edərək öz məqsədinə – birincilik əldə etmək arzusuna doğru addımlayır. Onun çalışqanlığı və zəhmətkeşliyi öz bəhrəsini verir və 2019-cu ildə Qacar BƏƏ-də  kecirilən ”Muay Tay Gənclər Çempionatında” gümüş medal qazanır, amma o daha da boyük nailliyyətlər üçün məşqlərini artıraraq çeviklik, sürət və reaksiya bacarıqlarını təkmilləşdirir. Qacar 2021-ci ildə arzusuna çatır və öz çəki kateqoriyasında ilk qızıl medalını qazanır. Oktyabırın 2-si və 3-də BƏƏ-nin Dubay şəhərində keçirilən ”Muay Tay Gənclər Çempionatı” çərçivəsində keçirilən üç döyüşdə güləşərək, yarımfinala vəsiqə qazanır. Bütün döyüşlərin qalibi olaraq və finalda yüksək müvəffəqiyyət əldə edərək çempionatın ən yüksək nailiyyətini - qızıl medalını qazanır.  

Biz də öz növbəmizdə həmvətənimiz ilə fəxr edir və ona gələcəkdə uğurlar arzu edirik!





DİGƏR XƏBƏRLƏR

Loading
Top