Azərbaycan I rübdə Gürcüstandan 6,2 mln. dollardan çox sərmayəni geri çəkib

Banklar 09 iyun 2021, 16:11

Azərbaycan Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların 6 239,9 min ABŞ dollarını bu ilin I rübündə geri çəkib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin rüblük hesabatında qeyd olunub.

Sənədə əsasən, bu ilin yanvar-mart aylarında Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşu 125 423,9 min dollar təşkil edib ki, bu da illik müqayisədə 28,3% azdır.

Hesabat dövründə Gürcüstandan ən böyük məbləğdə investisiyanı geri çəkən ölkələr ABŞ (59 823,8 mi dollar), Qırğızıstan (24 303,2 min dollar) və Malta (12 032,8 min dollar) olub./apa/

DİGƏR XƏBƏRLƏR

Loading
Top