Təhsil müəssisələrinə giriş və çıxış üzrə tələblər dəyişib

Elm və təhsil 22 sentyabr 2021, 12:31
Təhsil müəssisələrinə giriş və çıxış üzrə tələblər dəyişib.

Bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda əksini tapıb.

Qüvvədə olan qərara əsasən, təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsil alanlar, təhsil verənlər və s.) arasında minimum 1,5 metr sosial məsafə təmin olunmalı və bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnməli, müəllim otağında, kafedrada və digər heyətin iş və istirahət otaqlarında sosial məsafə (ən az 1,5 metr) gözlənilməli idi.
Dəyişikliyə əsasən, 1,5 metr məsasfə tələbi 1 metrə endirilib.

Beləliklə, təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsil alanlar, təhsil verənlər və s.) arasında minimum 1 metr sosial məsafə təmin olunmalı v bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnməli, müəllim otağında, kafedrada və digər heyətin iş və istirahət otaqlarında sosial məsafə (ən az 1 metr) gözlənilməlidir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top